вторник, 29 января 2013 г.

Mənə ən yaxın dost kitabdır.


Düzü mən nə yazar deyiləm nə də yazıçı, hərdən oxuyub bildiklərimi yaxşı mənada yazıb işıqlandırmağı özümə borc bilirəm.
Mən peşəm üzrə ev təmiri ilə məşğul oluram o demək deyil ki, mən usta olarağ doğulmuşam usta kimidə yaşayıb ölməliyəm. Təbii ki, ustalıq mənim qazanc yerimdir. Ümumiyyətlə peşənin fərqi olmadan bunun boş vaxtları var, nəqliyyatda yol getməyi var. Hər gün yollarda səbəbsiz yerə  itirdiyimiz  zaman ərzində on səhifə kitab oxumağla həm özünüzə, həm ailənizə, üstəlik yaşadığın cəmiyyətə nə qədər xeyir vermiş olursan.