вторник, 29 января 2013 г.

Mənə ən yaxın dost kitabdır.


Düzü mən nə yazar deyiləm nə də yazıçı, hərdən oxuyub bildiklərimi yaxşı mənada yazıb işıqlandırmağı özümə borc bilirəm.
Mən peşəm üzrə ev təmiri ilə məşğul oluram o demək deyil ki, mən usta olarağ doğulmuşam usta kimidə yaşayıb ölməliyəm. Təbii ki, ustalıq mənim qazanc yerimdir. Ümumiyyətlə peşənin fərqi olmadan bunun boş vaxtları var, nəqliyyatda yol getməyi var. Hər gün yollarda səbəbsiz yerə  itirdiyimiz  zaman ərzində on səhifə kitab oxumağla həm özünüzə, həm ailənizə, üstəlik yaşadığın cəmiyyətə nə qədər xeyir vermiş olursan.





 İnsan əvvlcə anlamır ona ən yaxın dost kitab ola bilər, axı yaxşı dostu tanıdığcan ona daha çox bağlanıb hörmət etməyə başlayırsan necə ki, evinə əziz dostun qonağ gələndə stolun yuxarı başında əyləşdirirsən. Bax əsl fərq burdan başlayır canlı dost insana xəyanət edə bilər, amma inanmıram cansız bildiyimiz kitab bizə xəyanət etsin. Mən özüm müəyyən səbəblərdən orta məktəbi yeddinci sinifdən tərk etməli olsamda hər zaman calişmışam mənə ən yaxın dost kitab olsun. Bunu oxumadan nə danışa bilərik, nə mədəniyyət bilərik, nə düşünə bilərik, nə insanlarla ünsüyyət yarada bilərik,  ( üzür istəyirəm ifadəmə görə) eşşək gəlib eşşəkdə gedərik.
 Bəli var belə insanlar tessüflər olsun az da deyil. Tanıdığım çox insanlar var ki, bizə yaxın olan qonşu ölkə Rusiya işləməyə gedirlər beş ildə hələ də normal dil öyrənə bilməyiblər. Cəhənnəmə Rus dilini öyrənsinlər nujelni bu beş ildə bu adamlar mədəniyyət adlı bir şeyi derk edib öyrənə bilmirlər həqiqətən həm ağlamalı həm də gülməli vəziyyətdir, adamlar beş il oxuyub cərrah olurlar bunlar ancaq Rusiyadan döndükdən sonra boş-boş söhbətlərlə dünyadan xəbəri olmayan özlərindən qat-qat aşağı səviyyəli adamlara hansisa mənasız çayxanada, səsli-küylü, iki çaynik çaya beş paçka siqaret boşaldaraq ağız dolusu danışırlar.Yaxşı bilirsiniz Rusiya söhbəti ömür boyu bitməyən on səkkiz ay əsgərlik söhbətinə bərabərdir.
İyirmi ildi yaşadığım pasyolkada mənimlə həm yaşıd olan Dato ( əsl adı İlqardı) adlı  bir yoldaşın qız uşağı dünyaya gəlmişdi. Günlərin bir günün də bu Dato ilə rastlaşdım məhlədə Datonunda, uşağı təzə anadan olmuşdu. Nəysə Datodan hal-əhval ora-bura gördüm Dato nəysə bikefdir. Dedim: yoxsa uşağın nəysə problemi var? Dedi : yox salamatçılıqdır. Bəs nə olub nə problem var? Dedi: heç nə oğlan istəyirdim gəldi qız oldu. Dedim: tanrının verdiyi övlad payı qisməti belə imiş. Dato: yox Elvin mən istəyirdim oğlum olsun onu eşşək kimi böyüdüm. Susdum, söz tapa bilmədim, hələ də özümə gələ bilmirəm bir atanın necə və neçə illər həvəslə gözləsin oğlu olsun, onu idmançı edib eşşək kimi böyütsün.
Sən demə bizlərin görəcək günləri qarşıda imiş, hələ bizlər çox eşşək böyütmək istəyən atalar görəcəyik. Bu atalara necə başa salaq ki, uşaqlarına silah oyuncaqlar yox, rəsm çəkməyə qələm dəftər alsınlar...

Комментариев нет:

Отправить комментарий