четверг, 26 сентября 2013 г.

Milliyyətçi Fərəc Quliyev

2010-cu il deputat seçkilərində ( lori dildə desək Ramiz Mehdiyevin mandat alverində, alver desem yalan olar, amma Gülər olayı dəqiq şahiddir)  Quliyev Fərəc özünü ən çox milliyyətçi kimi təqdim edirdi, Elçibəyçi filan. Bir çoxlarını Elçıbəy sevgilərinə görə aldatsın. Deməzdim xalq, amma bir çoxları tez bir zaman da başa düşdülər Elçıbəy ölüb gedib ( allah rəhmət eləsin) bizi o idologiyanan aldatmaq lazım deyil. Bəli əksərsiyyət insan Quliyev Fərəcə səs vermədi yenə o, 2010-cu ilin parlament seçkilərində yenidən deputat seçildi.



вторник, 24 сентября 2013 г.

Ağamalının Zahid Orucu

Hörmətli Zahid Oruc yazsam alınmır, çünki xalq arasında hörmətin yoxdur, olsaydı çoxluqda səni yaltaq kimi qəbul etməzdilər. Müəllim kimi müraciyyət etmək də yaraşmır normal şəxsiyyət olsaydın Fəzail Ağamalə səni partiyadan qovmazdı. Belə anda adam çıxılmaz vəziyyətdə qalır hörmət əlaməti olaraq sənə necə müraciyyət edək?  nəysə sən eləcə Zahid Orucsan başqa əlavə etmək olmur. Zahid Oruc bilirsən də qar əriyəndə nə olur? bax belə atalar misalı var! yəqin yaxşı xatırladın. Sənin  adının yanına nə əlavə etsək yenə Zahid Orucsan.







суббота, 21 сентября 2013 г.

Rüşvətsiz Baxça İstəyirik!!!

Sabah mitinqdir, biz də ailəlikcən mitinqə qatılacayıq, çünki ölkədə istənilən qədər, hətta xirtdəkdən də yuxarı problemlərmiz var. Mənim 30 yaşım var və 20 ilim Əliyev rejiminin əsarəti altənda yaşamışam, bu 20 ildə heç bir problemin həll olunduğunu görməmişəm. Nə iş yerim var, nə dövlət tərəfindən uşaq pulu alırıq, nə bir şey. Televizoru açıb tele kanallara baxılası deyil, uşaqlar üçün bir dənə də olsun seviyyəli bir verliş yoxdur, məcburuq Azərbaycan dilinə yaxın olan turk kanallarına üz tutaq. Misal üçün mənim oğlum çox şeyləri türk dilində öyrənib, bir çox əşiyaların adlarını, saymağı, rənglərin adlarını və.s.  ya uşaqları bu verlişlərdən mərhum etmək yada ki, truk dili olsa da nələrisə öyrənməyi yaxşıdır.  Deyirlər rejimin nə günahı var? bəs rejimin günahı deyilsə kimin günahıdır?  balaca körpələrin?

пятница, 19 июля 2013 г.

Koluqda gizlənən məktəblilər.

Şəkildə gördüyünüz dayanacaq Mərdakan dairəsindən Buzovna istiqamətinə gedən yoldadır, "xurustalnı" deyilən yerdə. Bu yol həm də prezident yoludur, yəni ölkə prezidentinin hər gün gedib-gəldiyi yoldur










суббота, 11 мая 2013 г.

Qulliverin 18-ci əsrdən 21-ci əsrə qədər səyahəti...

18-ci əsrin görkəmli yazıçısı Conatan Sviftin (1667-1745) "Qulliverin səyahəti" romanı haqqında bir neçə söz

Məlumdur ki, insanın insan tərəfindən əzilməsi, zəhmətkeşlərin dilənçi kökünə salınması, pulun məhvedici hakimiyyəti təkcə Sviftin o dövrdə yaşayıb-yaratdığı İngiltərədə deyil, hələ indi də bütün dünyada mövcuddur. Buna görə də, Sviftin satirasının əhəmiyyəti çox böyükdür. O dövrdə heç bir yazıçının yazdıqları Sviftin yazdıqları qədər ifşaedici qüvvəyə malik deyildi. Bu baradə Maksim Qorkinin çox qiymətli fikirləri var: "Conatan Svift bütün Avropada təkdir, amma Avropa Burjuaziyası elə güman edirdi ki, onun satirası təkcə İngiltərəni qamçılayır". 

среда, 13 февраля 2013 г.

Əvəz bəyin ahu naləsi.

Əvəz Zeynallı 2011-ci il oktiyabırın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub, sonra jurnalistə başqa ittihamlar irəli sürülüb. Baş redaktor vergi ödəməkdən yayınma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmədə də günahlandırılır.
Çox keçmədi...






вторник, 5 февраля 2013 г.

Avropa avtobusları və Azərbaycan mədəniyyəti

                                       Avropa deyəndə yada nə düşür?        

                Ümumiyyətlə, nəqliyyat mədəniyyətimizdən danışılası deyil, çox bərbad gündədir. Xüsusən də gənclərimiz özlərini heç idarə edə bilmirlər. 
Hərdən düşünürük yaşlı nəsil sovet dövrünün təzyiqi altından çıxmış cəmiyyətdir, onları bir təhər başa düşüb yola vermək olur. Təccüblü olan budurki bizim ümüd edib, arxalandığımız gənc nəsil daha betər gündədirlər ( söhbət dəli qanlılardan gedir). 

вторник, 29 января 2013 г.

Mənə ən yaxın dost kitabdır.


Düzü mən nə yazar deyiləm nə də yazıçı, hərdən oxuyub bildiklərimi yaxşı mənada yazıb işıqlandırmağı özümə borc bilirəm.
Mən peşəm üzrə ev təmiri ilə məşğul oluram o demək deyil ki, mən usta olarağ doğulmuşam usta kimidə yaşayıb ölməliyəm. Təbii ki, ustalıq mənim qazanc yerimdir. Ümumiyyətlə peşənin fərqi olmadan bunun boş vaxtları var, nəqliyyatda yol getməyi var. Hər gün yollarda səbəbsiz yerə  itirdiyimiz  zaman ərzində on səhifə kitab oxumağla həm özünüzə, həm ailənizə, üstəlik yaşadığın cəmiyyətə nə qədər xeyir vermiş olursan.