вторник, 24 сентября 2013 г.

Ağamalının Zahid Orucu

Hörmətli Zahid Oruc yazsam alınmır, çünki xalq arasında hörmətin yoxdur, olsaydı çoxluqda səni yaltaq kimi qəbul etməzdilər. Müəllim kimi müraciyyət etmək də yaraşmır normal şəxsiyyət olsaydın Fəzail Ağamalə səni partiyadan qovmazdı. Belə anda adam çıxılmaz vəziyyətdə qalır hörmət əlaməti olaraq sənə necə müraciyyət edək?  nəysə sən eləcə Zahid Orucsan başqa əlavə etmək olmur. Zahid Oruc bilirsən də qar əriyəndə nə olur? bax belə atalar misalı var! yəqin yaxşı xatırladın. Sənin  adının yanına nə əlavə etsək yenə Zahid Orucsan.







 Zahid Oruc olaraq tez-tez vurğulayırsan mənim 41 yaşım var! hə nə olsun? Sən öz şəxsiyyətindən danış, öz mərdliyindən danış, ümumiyyətlə öz vicdanından danış.  Mən yox bir çoxları belə qəbul edirik vicdanı olan bir şəxs bu rejimə xidmət etməz, edə bilər bəzi halda xalqın övladını düşünsün, yetimini, qocasını düşünsün sənin kimi səviyyəsiz biri olub şəxsi mənafeylərini düşünməsin. Sənin səviyyən olsaydı prezident seçkilərinə namizədlərini irəli sürdürmüş  İtv kanalında ayrılmış efir vaxtında öz, platformandan, gələcəkdə görəcəyin işlar  və.s kimi probləmlər haqında danışardın. Əgər sən həqiqəqən prezidentliyə namizədsənsə niyə ölənlərivi yaddan çıxardıb yalnız İlham Əliyevi müdəfiyə etməklə və eyni zamanda ayrılmış 6 dəqiqə efir vaxtını Milli Şuranın vahid namizədi düşməncəsinə atəş açmaqla Cəmil bəy Həsənliyə həsr edirsən. Ölənlərin deyəndə bəyəm bu ölkənin hər bir sakini sənən yaxının sayılmırmı? kiməsiz qalan qocası, işsiz qalan cavanı, baxçasız qalan uşağı, evsiz-eşiksiz qalan ailəlilər, şəhid ailələri, sadalası çoxları qaldı hələlik bunlara cavab ver!

Zahid Oruc nə qədər səviyyəsizdir ki, Fəzail Agamalıda bunu bəyənmədi Ana Vətən partiyasından qovdu. Zahid Oruc kimilərinə nə farqi var Ana Vətən və yaxud Qeyri Ana Vətən bunları kukla kimi oynadası pul olsun.

Debatlara baxanda sənə olan nifrət daha da artır, oturmusan birinin qucağında boş boğazlıqla məşqulsan. Sən cəhənnəm bu xalqı niyə alçaldırsan? xalqın günahı nədir ki, onları yalanlar ilə uydurursunuz. Sizi tək Cəmil bəy Həsənli yox allah da cəzalandırdı ki, yetər! bəsdirin! ulu öndərin davamlısının uğurlu siyəsətindən və quruculuq işlərindən danışdınız. Bir gecəlik normal yağış yağması 10 illik İlham Əliyevin gördüyü işlərinin nəticəsini ortaya qoydu. Nəysə neçə illərin hakimiyyəti Cəmil bəy Həsənlinin 6 dəqiqəlik çıxışının qarşısında çox acizdır, nəyin ki debatlara gəlmək heç ünvanlanan sullara cavab verə bilmir, verə də bilməz. İndi zaman o zaman deyil oğru qışqırar doğrunun bağrı çatlaya. İndi zaman doğrunun zamanıdır. 

Комментариев нет:

Отправить комментарий