Sabah mitinqdir, biz də ailəlikcən mitinqə qatılacayıq, çünki
ölkədə istənilən qədər, hətta xirtdəkdən də yuxarı problemlərmiz var. Mənim 30
yaşım var və 20 ilim Əliyev rejiminin əsarəti altənda yaşamışam, bu 20 ildə heç
bir problemin həll olunduğunu görməmişəm. Nə iş yerim var, nə dövlət tərəfindən
uşaq pulu alırıq, nə bir şey. Televizoru açıb tele kanallara baxılası deyil,
uşaqlar üçün bir dənə də olsun seviyyəli bir verliş yoxdur, məcburuq Azərbaycan
dilinə yaxın olan turk kanallarına üz tutaq. Misal üçün mənim oğlum çox şeyləri
türk dilində öyrənib, bir çox əşiyaların adlarını, saymağı, rənglərin adlarını
və.s. ya uşaqları bu verlişlərdən mərhum etmək yada ki, truk dili olsa da nələrisə öyrənməyi yaxşıdır. Deyirlər rejimin nə günahı var? bəs rejimin
günahı deyilsə kimin günahıdır? balaca körpələrin?
Körpələrin hec bir günahı yoxdur, heç bizim də günahımız yoxdur
onları dünyaya gətirmək üçün. Məlum məsələdir bütün günahlar rejimdə və onu
idarə edənlərdədi.
Desəm inanmayacaqsınız, Bakı şəhəri Xətai rayonunda, Sabunçu rayonunda
( Bakıxanov tərəflərdə) və bu yaxınlarda köçdüyüm Xəzər rayonunun, Buzovna
Qəsəbəsində bir uşaq baxçası tapa bilmədik. Deyəcəklər necə yani tapa
bilmədiniz? düz deyirsiniz uşaq baxçaları var, amma məlum məsələdir
pulsuz yoxdur. Cəhənnəmə bir balaca pulla olsun amma tay 400 manata yox, ayliq
50-60 manat arası.
Kimdir bu rüsumları təyin edən? kimdir aylıq haqqları tələb edən?
hanı dövlət? hanı xalqınıa qayğı göstərən rəhbərlik? niyə bu 20
ildə uşaq baxçaları çox az sayda tikilib? indiki uşaq baxçaları 9.5
milyonluq əhali üçün nəzərdə tutulmamışdı 6 milyonluq əhali üçün nəzərdə
tutulmuşdu. Yaxşı ki, sovet onları tikib getdi yoxsa qalmışdıq yamanların
əlində.
Elə Bakı Metropoliteni uşaq baxçalaı kimi faliyyət göstərir. Bakı
Metropoliteni 4 milyonluq əhali üçün nəzərdə tutulmamışdı uzaqı 1.75 min insan
üçün nəzərdə tutulmuşdu. Rayonlarda, kəndlərdə, iş olmayanda həlbətdə ki,
Bakıda heç də vəziyyət ürək açan olmayacaq.
Heç kim arzulamır piss yaşasın, əlbətdə ki, böyüyündən tutmuş
kiçiyinə kimi yaxşı yaşamaq və yaxşı dolanmaq arzusundadır. Dostlar
birləşməsək, mübarizə aparmasaq, haqqımızı tələb etməsək, daha da betər
və pis günlərə qalacayıq.
Sabah mitinqdir, demirəm çıx mənim yerimə haqq tələb et, heç
olmasa ən azından hər bir şəxs öz ailəsinin adından iştirak edib öğurlanmış
pullarını və haqqlarını tələb etsinlər. Şəxsən mən ailəmlə birlikdə yenə həmən
şürala iştirak edəcəyik.
Rüşvətsiz Baxca İstəyirik!!!
Комментариев нет:
Отправить комментарий