суббота, 11 мая 2013 г.

Qulliverin 18-ci əsrdən 21-ci əsrə qədər səyahəti...

18-ci əsrin görkəmli yazıçısı Conatan Sviftin (1667-1745) "Qulliverin səyahəti" romanı haqqında bir neçə söz

Məlumdur ki, insanın insan tərəfindən əzilməsi, zəhmətkeşlərin dilənçi kökünə salınması, pulun məhvedici hakimiyyəti təkcə Sviftin o dövrdə yaşayıb-yaratdığı İngiltərədə deyil, hələ indi də bütün dünyada mövcuddur. Buna görə də, Sviftin satirasının əhəmiyyəti çox böyükdür. O dövrdə heç bir yazıçının yazdıqları Sviftin yazdıqları qədər ifşaedici qüvvəyə malik deyildi. Bu baradə Maksim Qorkinin çox qiymətli fikirləri var: "Conatan Svift bütün Avropada təkdir, amma Avropa Burjuaziyası elə güman edirdi ki, onun satirası təkcə İngiltərəni qamçılayır".