среда, 13 февраля 2013 г.

Əvəz bəyin ahu naləsi.

Əvəz Zeynallı 2011-ci il oktiyabırın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub, sonra jurnalistə başqa ittihamlar irəli sürülüb. Baş redaktor vergi ödəməkdən yayınma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmədə də günahlandırılır.
Çox keçmədi...






Çox keçmədi Əvəz bəyi, üzünə duraraq günahsız yerə Ramiz Mehtiyevin sifarişi ilə, keçmiş YAP üzvü sabiq deputat Gülər Əhmədova haqqında rüşvətlə bağlı olaylar və söz söhbətlər sürətlə ölkədə yayılmağa başladı. Əvəz bəyin şərlənərək həbs olunmasının başlıca səbəbi, Əvəz bəy azadlıqda olarkən 2011-ci iıdə baş redaktorluq etdiyi Xural qəzetində tez-tez anonslar edərək fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevdən şok xəbərlər gələcəyini açıklayırdı. Artıq iki ildir Xural qəzetinin baş redaktoru Əvəz Zeynallının məhkımısi davam edir. Hamının bu olaylardan yaxşı xəbərləri olduqlarına görə daha təkrar yazmağa ehtiyyac yoxdur, əslində yazının əsas səbəbi Gülər xanımdır. Məhs niyə Gülər? 

Gülər Əhmədovanın rüşvətlə bağlı sosial şəbəkələrdə  video görüntüsü yayılanda artıq ələm dəymışdı biri-birinə, çoxları başını itirmişdi, itirməkdə də davam edirlər. Gülər Əhmədovanın ilk qurbanı Sevinc Babayeva oldu, yazıq cavan getdi ( allah rəhmət eləsin).      Bir qədər sonra Gülər Əhmədova ölkədən qaçmaq istədiyi söhbətlər yayıldı, daha sonra həbs olunacağı gündəmə gəldi bax, bu yerdə Gülər xanım barmağını dişlədi gördü bu xina o xinadan deyil!  Gülər analıq statusunu atdı ortaya.

Gülər Əhmədova bilirdi geci tezi həbs olunacaq, ona görə əvvəlcədən dedi; mənim ana olduğumu nəzərə alın. Artıq Gülər xanımın başı özünün, çox olan problemlərinə qarışıb ona görə bilirəm bu sualların heç biri Gülər xanıma gedib catmayacaq, amma biz yenə suallarımızı verək. Özü bilməsə də allahı yaxşı bilər, Gülər xanım cavab verməsə də allahı cavab versin.  

Gülər  ( söhbətin belə yerində xanım yazmağa əlim gəlmir, nəysə özümüzü Gülər səviyyəsinə salmayaq )  xanım bəs o beş yüz minləri rüşvət alanda heç övladlarını düşündümü?  bəs o beş yüz minləri rüşvət alanda heç düşündümü bu qədər pullar zəhmətlə yığılmaz, bu da hansısa övladların boğazlarından kəsilib. Bəs o beş yüz minlər rüşvət alanda heç anaları düşündümü?   Bunun yetimi var, kimsəsizləri var! Doğurdandamı bu qadında, bu anada bircə dəfə də olsun heç vicdan sızıldamadımı?  Pul, Gülər xanım üçün o qədər şirin olub ki, rüşvətləri alarkən heç nə, heç kim gözünə görsənməyib. Doğurdanda şöhrət xəstəliyinə tutulanları, şöhrət belə sağalda bilmir.  Bəs haqsız yerə Əvəz bəyi şərləyərək həbsə atanda Əvəz bəyin iki gül balası olduğunu heçmi düşünmədi?

 İki ildi Əvəz bəy günahsız yerə zindanlarda iki körpə balasından ayrı qalıb. Bəs bu körpələrin günahı nə idi? Düzdür iki il az müddət deyil ömür baxımından, amma çox keçmədi o, körpələrin ahu nələsi səni tutdu. Özü də ən xoş günündə. O, vaxti fərəhlə, sevinclə dunyaya getirdiyin Tamerlanın doğum günündə bir ana ( rüşvətxor oyunbaz) olaraq həbs olunmaq nə qədər ağır hissdir. Sən buna laiq idin sən bu hissləri mütləq yaşamalı idin ki, başqalarının heyatı ilə oynayıb uşaqlarını və ailəsini başsız qoymaq olmaz. 

Gülər xanım, sonda sənə iki atalar sözü.

Nə əkarsən onu da biçərsən.

Nə tökərsən aşına oda gələr Gülərin başına.

Hörmətli oxucular yazı heç kim tərəfindən redakte olunmadığına , mənim təhsilim olmadığından texniki səhvlərə görə üzürlü hesab edin. 

Комментариев нет:

Отправить комментарий