вторник, 5 февраля 2013 г.

Avropa avtobusları və Azərbaycan mədəniyyəti

                                       Avropa deyəndə yada nə düşür?        

                Ümumiyyətlə, nəqliyyat mədəniyyətimizdən danışılası deyil, çox bərbad gündədir. Xüsusən də gənclərimiz özlərini heç idarə edə bilmirlər. 
Hərdən düşünürük yaşlı nəsil sovet dövrünün təzyiqi altından çıxmış cəmiyyətdir, onları bir təhər başa düşüb yola vermək olur. Təccüblü olan budurki bizim ümüd edib, arxalandığımız gənc nəsil daha betər gündədirlər ( söhbət dəli qanlılardan gedir). 
   Onsuzda bu ölkədə korrupsiya, özbaşınalıq baş alıb gedir, özü də çox sürətnən, əlbət bir gün yanacağı bitib dayanacaq. Yəni əlli min avro qiyməti olan Avropa avtobusları. Azərbaycanda yalnız bu avtobusa yuz min manata sahib olmaq olar, o da nəğd qiymətə. Kreditlə neçəyə başa gəldiyini yazmağa ehtiyac yoxdur, məlum məsələdir ki, banklarımız 27 faizdən aşağı kredit  vermirlər vətəndaşlarına.
Mənə bir şey maqaqlıdır, bu vətəndaşlar Avropa avtobuslarından istifadə edərkən heç özlərini Avropa avtobusunda, Avropa kuçələrində hiss edə bilirlərmi? Həmən o, şəxslərdir ki, reallığa göz yumub utanmadan deyirlər, ölkəmizdə hər şey qaydasındadır, bax kuçələrimiz nə qəşəng gözəlləşib günü-gündən. Biz də bilirk ki, şəhərlərimiz gözəlləşir günü-gündən, amma hansı pullar ilə. Şəhərlərimiz nə qədər gözəl olsa da, nə qədər sürətlə inkişaf etsə də, yoxsulluq baş alıb gedir. Çətindir vəziyyət çox çətin, dözülsəsi deyil, heç duzəlməkdə bilmir.
Uşaqlıqda tramvay sürməkdən çox xoşum gəlirdi. Tramvay sürmək üçün yol boyu pul yığmaqla məşğul idim, pulsuz konduktorluq edirdim, tramvay maşinisti də arada tramvay surməyə şərait yaradırdı. O vaxtan da ağlımda bir soz qalıb, tramvayda dava düşdü, sərnişinlər arasında dava düşdü. Ara sakitlləşəndən sonra biri kişi dodağının altında mızıldayarağ dedi, hər gün tramvayda bir kitab yazmaq olar. O, vaxtdan kişinin dedikləri yaddımdan çıxmayıb aradan iyirmi ilə yaxın vaxt keçsə də, elə bil həmən o kişi o sözləri dünən üçün yox, bu gün üçün deyib.
Yaşlı nəsil elə elə bilir ki, Avropa dedikdə “lifçik”, “tursik” başa düşülür, Avropa dedikdə fahişələr, geyler, barlar, daha nələr yada düşür. Savadsız kütlə başa düşmür ki, Avropa olmasaydı hələ də Ərəbistanın səhralığında yaşayırdılar. Day anlamırlar ki, Avropanın hesabına bu vəziyyətə gəlib çıxmışıq.
Bu yaxınlarda 51 nömrəli marşurutda yol gedirdim, bir xala mindi avtobusa. Bu xala ərinməyib gəlib başımın üstündə dayandı,  avtobusa minər-minməz başımın üstündə dayandı. Xala iki dayanacaq getdikdən sonra gördü heç kim buna yer vermək fikrində deyil, tapança kimi açıldı.
Heyif deyildi sovetin dövrü, boyuk-kiçik var idi. Bəlkə də, xala cavanlığında sovet hökümətinin dövründə babat civi olub, babatda civilik edib. İndi bu xala 51 nömrəli avtobusda başımızın üstündə dayanıb bizə mədəniyyət dərsi keçir: “Bunlara bax, böyük-kiçik bilmirlər, oturublar, yerdə vermək istəmirlər...” Xalanın cavabını vermək üçün soruşdum, xala neçə yaşın var?
Dedi: 55 yaşim var. Dedim: ay xala 55 yaşında bir xanıma “nənə” demək olar, məsələn sizə? Dedi, mənə nə olub ki, nə yaşım var, nənə olam.  Dedim, ay xala, niyə oturmaq üçün narahat olursan, Avropada belə şey yoxdur. Dedi ki, bura Avropa deyil, bura Bakıdır, həm də Avropada qızlar lifçiknən gəzirlər. Bir sual ilə xalanın iynəsini vurdum. Soruşdum ki, xala Avropanı bəyənmirsən? Dedi yox, axı oranı necə bəyənə bilərəm, oralar hamısı pozğunxanadır. Dedim, xala bəyənmirsənsə, indi yol getdiyin, istifadə etdiyin avtobusu Hollandiya istehsal edib. Xala elə bil yenicə doğulmuş quzu balasına döndü.
Məni həmişə güldürən səhnə oğlanlarımızın igidlikləridir. Xanımlar avtobusa minər-minməz oğlanlarımzı elə bil min voltluq cərəyana qoşurlar, “reski” ayağa qalxıb onlara verirlər. Belə olanda mən hərdən sağa-sola baxıram, görəsən, nə hadisə baş verdi ki, bir anda bir xanıma görə on nəfərə yaxın dəli qanlı ayağa qalxır.  Çox maraqlı mənzərələr baş verir Azərbaycandakı Avropa avtobuslarında.
Mən 6 yaşımda olanda 1-ci sinifdə oxuyanda dərsliklərdə özümüzdən böyüyə yer vermək barədə nəsihətlər yazılardı. İndi mən 29 yaşında ola-ola durum yerimi məndən 17-di yaş kiçik 12-yaşında uşağa necə verim? 
Bizim nəqliyyat mədəniyyətimiz çox pis olduğu halda hansı inkişafdan danışa bilərik? Bu olkədə heç nə dəyişmək fikrində deyil, ya da ki, biz özümüz istəmirik, bu dəyişikliklər olsun.  
Nəqliyyatda qəzet, kitab oxuyan  görəndə az qalıram üzündən öpüb deyim ki, gələcək siz qəzet və kitab oxuyanlarladır... 

Комментариев нет:

Отправить комментарий