среда, 23 июля 2014 г.

Bəli O, Əsgər Ölümlərinə Son Deyirdi!!!

Kubanın inqilabçı lideri Fidel Castro  1950-52-ci illər arasında  General Fulgencio Batista bir zərbəylə Kubada rəhbərliyi ələ keçirdi. Castro 1953-cü ildə Batista rəhbərliyini yıxmaq məqsədiylə bir təşkilat qurdu. 26 İyul 1953-cü ildə 125 yoldaşıyla basqın təşkil etdi. Nə var ki hərəkət müvəffəqiyyətsizliklə nəticələndi. Castro və yoldaşları həbs olundu. Mühakimə olunması əsnasında "Tarix məni başa düşəcək" cümləsiylə bitən məşhur müdafiəsini etdi. Həbsetmə sonunda 16 il hökm verildi. Amma iki il sonra sərbəst buraxıldı.


Fidel Castro son məhkəməsində və son çıxışında bunları dedi:  Vətənin igid oğullarının yolu ya həbsdən keçər ya ölümdən.



Son illərdə artıq üçüncü səfər idi Əsgər Ölümlərinə Son Qoyulsun aksiyası idi, yani 2013-cu il 10 mart. Bu səfər hər şey çox sərt idi. Hətta zirehli maşınlar, qulaq batırıcı səslər hal buki o cihazlar bütün ölkələrdə qadağan olunub, ama bizim hakimiyyət onu bizə çox görmədi. İlk dəfə idi su maşını insanları necə yerə yıxdığın ı və necə sürüdüyünü görürdüm.  Hadisələr məni çox çaşdırır. Müharəbə gördüyüm illər, həmən hadisələr. Hətta mənim altı yaşım olanda 1989-cu ildə Fizuli rayonunda həyətimizdə rusun Q hərfi şəklində səngər qazmışdım guya düşməndən müdafiyə olunmaq üçün.  Altı yaşında uşaq səngər qazmaq… bilirsiniz nə deməkdir? Qorxulu bir şey yoxdur sadəcə düşməndən müdəfiyə olunmaq gərəkdir yaşından boyundan asılı olmayaraq.




2013-Cü ilin mart ayının 10-u idi. İlkin Rüstəmzadənin təşkil etdiyi azadlıqda olduğu ərəfədə son aksiyası idi, İlkin hətta düşünürdü heç 10 mart Əsgər Ölümlərinə Son Qoyulsun aksiyasında təşkil edə bilməyəcək. Çünki İlkin bilirdi həbs olunacaq istənilən bir an və istənilən bir təxribat.
2013-cu ilin Mart ayında möhtəşəm Əsgər Ölümlərinə son qoyulsun aksiyası başladı…  hamımız orda idik... hamı deyəndə qorxmayan və mübariz insanları nəzərdə tuturam. Üstümüzə cürbəcür texnikalar yeriyirdi sanki 20 yanvar faciyəsi idi, onlar amansız Rus ordusu idi bizlərdə əliyalın azəri xalqı idik. Qorxmadıq, çəkilmədik, suladılar, gözümüzə bibər qazı vurdular, nə etdilər dönmədik, onlar yenə qəddar və cəllad rejim və bizlər yenə mübariz insanlar yolundan dönməz əsgərlərik.
2013-cü ilin Əsgər Ölümlərinə Son qoyulsun aksiyası günü sanki Əliyev rejiminin yox faşizimin texnikaları üstümüzə şütüyürdü, su vuran maşın necə amancasızcasına necə hərəkət edirdisə baxmırdı jurnalisti kimdir suyun təziqin  təsirinə yerdə sürüyürdü insanları. Su vuran maşının bizə hərəkət zamanı gördüm qarşımda zəif xanım var, ( Kama Allahverdiyeva) onu qucaqladım və arxamı su vuran maşına tərəf tutdum yıxılmayaq deyə… 
Məni iki polis gözümə bibər qazı vuraraq məni yarı kor vəziyyətdə polis maşınına atdilar…
Nəysə bölmə filan uzun sözün qısası, 22-ci polis bölməsində əlli üç nəfərdən təkcə mənə 8 sutka azadlıqdan mərhum həbs cəzasi verildi… İlk dəfə idi sutkalığa gedirdim. Etiraf edim qətiyyən qorxmurdum. Uşaqlıq illrəindən müharibə görmüşdüm, internat görmüşdüm, üstəlik hərbi xidmətdə qubbağ görmüşdüm. Həyat bənzərdi sadəcə zaman fərqi və yaş fərqi var…
Gəldik çatdıq Binəqədi müvvəqəti saxlama təcrid xanasına. Qeydiyyata alındım. Qeydiyyata alınarkən bir xaiş etdim dedim: ya məni tək saxlayın nə də avtoş filanla bir komeraya salmayın.
Gəldim komeraya, delier bir nəfər burdadır ( komeranın nomresini unutmuşam) elə bil ya o, məni arzulayırmış tək qalmasın yada mən onu arzulayırmışam 7 sutkanı tək başa vurmayım.
Girdim komeraya içəri büsbütün siqaret tüstüsü. İçəridə olan İlkin Rüstəmzadə idi. Yazıq dərdən, fikirdən o qədər siqaret çekmişdi ki… Hətta məni tanımadı, saçları bim biz idi… Heç kim yanına gəlməmişdi, qonşu komeradan ona pendir çorək və bir paçka siqaret vermişdilər. Maraqlıdır adam necə fortuşkadan başqasına başa sala bilər mən niyə həbs olunuşam və mənə filan təlabatlar mütləqdir.
Bağışlayın söhbət uzanır… yazmağa məcburam İlkin Rüstəmzadə haqqında mütləq.
Məni  gətirdilər komeraya, İlkin məni tanımadı, dedi  tanış gəlirsən dedim: Elvin Baycanam. Komerda dörd nəfərlik stul, stol var idi. Əyləşdik qarşı qarşıya. Təsəvvür edin o boyda aksiyanın təşkilatçısı aksiyanı görməmişdi, aksiyadan bir gün əvvəl həbs olunmuşdu öz binalarının qarşısında. Mənə suallar yağdırdı necə oldu? Kimlər həbs olundu? Neçə min insane çıxmışdı aksiya? İlkinin sualları dayanmırdı. Mən komeraya girəndə siqaret tüstüsündən içəri görsənmirdi həyacandan nə qədər siqaret çəkmişdisə. Məni görüb suallarını verdikcən rahatlaşırdı mən də çalışırdım hamısını bircə-bircə cavaplandırım.  Deyirdi mən qorxmuram onsuzda məni hbs edəcəklər. Deyirdim İlkin heç birimiz qorxmuruq bax burdayiq. İlkin yenə siqareti siqaret dalınca yandırırdı. O inanmırdı gözlərinə komerada tək olmayacağına. Çox keçmədi axşam tərəfi hardasa 17-00 radələrində vicdan məhbusları, Bəhruz Həsənli, Məhəmməd Məcidli, AXCP GK üzvü Türkel Azərtürk komeramıza gəldilər. Öpüşdük, görüşdük İlkini də tanış etdim.  Hər gün qəzet payı gəlirdi bizə, qəzetləri cümləha cümlə oxuduqdan sonar damino oynamağa başlayardıq. İlkin mənim naparnikim idi. Hər gün hüsabı yazırdıq hansı komanda hansı hesab ilə qalib gəldi. Öz aramızda söz qoymuşduq çolə çıxanda fecebook-da qeyd  edeceyik aramızda belə çempionat olub. Sonunda belə nəticəyə gəldik sulh olsun və bəli sulh oldu eyni neticədə oyunu dayandırdıq.
İlkin  savadlı bir gənc idi həm də qorxmaz. Ilkin ailəsindən söhbət edirdi mənə. Deyirdi Elvin ailəm məni əllərində böyüdüblər onlar mübarizəmə qəti etiraz ediblər. İlkin evin tək oğlan övladı idi… Siz təsəvvür edin İlkinə ailəsi dəstək olmadığı günlərdə İlkinin həbsdən sonar bacısı, anası, atası meydanlara çıxıdlar İlkinə sahib çıxdılar.
Mən deyərdim İlkin, İsa Qəmbər, Əli Kərimli son illrədə edə bilmədiklərini İlkin tək başına etdi. İlkin bir daha sübüt etdi lider olmağa illər lazım deyil, lider  olmağa yaşlı olmaq lazım deyil, mübariz olmaq üçün qorxmaq lazım deyil heç nədən. Bu günlərdə İlkinlər həbsdədir allah qapılarını açsın. 
İlkin ilə altı sutka birgə bir yerdə olduq  hər gün deyirdi qoy məni tuturlar tutsunlar. Çoxları tutulmaqdan qaçsalarda bu adam alovun üzərinə gedirdi. İlkin haqqda çox yazmaq olardı çünki İlkin buna laiq bir mübarizdir.
Keçən ilin bir aprelində Nəsimi rayon məhkəməsinə gəlmişdim Zaurun  məhkəməsinə. Gördüm İlkin ordadır. Birgə gəldik şəhərə giridik Venesiya kafesinə İlkinə qonaqlıq verdim.   Nə olar İlkin o gün olsun sən azadlığa çıx yenə Venesiyanın yeni təmirdən çıxmış kafesində görüşək.  

Комментариев нет:

Отправить комментарий