вторник, 7 января 2014 г.

Pendir Çörək.

Sizə pendir çörək nağılından yox, lətifəsindən yazacam.

Tez-tez mənə deyirlər sən yaxşı oğlansan, amma bir hərəkətini həzm edə bilmirik, hətta bağışlaya bilmirik.

Axı nə olub de görək?








- Sən İsanı tənqid etmisən.
+ İsa peyğənbəri deyirsən?
-Yox əşı, nə İsa peyğənbər.Başqan İsa Qəmbəri deyirəm
+ O pardon

- Eyni şeyi mən də edə bilmirəm.
+Nə olub? sən nəyi edə bilmirsən?
-Nə olacaq? səni bağışlaya bilmirəm.
+ Axı sənə nə olub, sənə nə etmişəm?
-Daha bundan artıq nə etmək fikrindəsən?  Əlini tənqid etmisən.
+ Hansı Əli? imam Əlini deyirsən?
-Yox əşi nə imam Əli? Əli Bəy Kərimlini deyirəm.
+Sən də pardon.  Söz bir daha heç birini tənqid etmərəm.  Bəlkə sizə maraqlı bir lətifə danışım?
-Danış, amma bir şərt ilə,
+Nə şərti ilə?
- Əla həzrətlərimizi tənqid etməmək şərti ilə. Söz?
+Söz!

                                                   Pendir Çörək Lətifəsi.

Bir kasıb usta olur, hər gün işə pendir çörək aparır. İslam şəriyyətinə görə çörəyi parçalamazdan əvvəl bismillah deməlisən yoxsa yediyin yeməyə Şeytan şərik olur.
Adəti üzrə  usta kasıbçılıqdan hər gün işə pendir çörək aparır. Hər gündə yeməyi yeyəndə bismillah zad deməz bir başa yeməyə başlayar pendir çörəyini. Bismillahsız pendir çörəyini yeyən ustanın yeməyinə hər gün şeytan şərik olur.   Şeytan bezir hər  pendir  çörək yeməkdən axır bir gün dilə gəlib ustaya deyir:

 Usta ya sən menyunu dəyiş yada ki, bismillah de mən çıxım gedim.

Baxın dostlar bizlər də iyirmi ildi pendir çörək yeyirik. Nə etməliyik?

Ya menyunu dəyişməliyik   yada ki bissmillah deməliyik.  

Комментариев нет:

Отправить комментарий