пятница, 23 сентября 2011 г.

Guya mustəqil tv kanallarimiz.

Tv kanallarımızdan danışılası deyil, biyabırçı vəzyyətdədir. Səhər proqramlarından tutmuş gecə seanslarina kimi.
Adam başını itirməsin nə etsin? Bu olkedə həqiqətləri tapmaq çox çətin bir işə cevrilib. Bilmirsən kimə inanasan, nəyə inanasan. Hamı özunu necə gəldi, nəcur gəldi, qəbul olundu-olunmadı tərifləyir. Olduqca acınacaqlı bir vəzyətdəyik dərdimizi kimə deyək ki, bizə qulaq assın.                                                                                             Tv kanallarımız cox pis vəziyyətlərdədirlər, baxılasi deyil bir verlişinə belə. Bilmirsən hansından başlayasan yazmağa dərt bir-iki deyil. Başlayaq AZ-tvdən, Az-tvnin  göstərdiyi verlişlər, xəbərlər yalnız  YAP iqdidarından bəhs edirlər. Böyuk Heydərdən tutmuş balaca Heydərə kimi. Maraqlıdır Azərbaycanda inkişaf, yalnız Heydərlərdən ibaretdir?                                                                                                                                     Kecək Lider tv kanalina.Lider adı mənə çoxdandır yaddır. Son 18 illərdi ki, vicdanlı liderə ras gələ bilmirəm. Tabiki olkeni vicdancasına idare edecek lider. Ölke (lideri) prizidenti, prizident and içmesinde Resulzadenin xalqa emanet edib getdiyi bayraqın qarşısında diz çokub, öpub vicdanlarina and içiller ki, vicdancasina vezifemi icra edecem, xalqimin qayğisina qalacam, olkenin erazi suverliyini qoruyacagima soz verirem. Səf salmıramsa İlham Əliyev iki dəfə vicdanina and içərək söz verib, vədlər verib.O biri on ili demirəm, bes bu sekkiz ildə nə dəyişdi? Dəyişənlər yalandan vicdanlarina and içmiş insanlar oldu ölke yox! Çunkisi YAP iqtidarı gundən-gunə cildə girərək durmadan dəyişir. Lazım gələndə yuz səkksən dərəcə firlanır. Yox ee nə qədər yazsan bitməyəcək. Lider tvnin qəhramanlarından danışaq. Bircə onu bilirəm ki, Lider tv onun-bunun yatağına kamera qoyub xalqa numaiş etirirlər.Sonra Lİder tv heyyəti deyir; ana-baci keçin ekran qarşısına indi porno başlayir baxin ozude milli.Bele anlamina gəlirik ki, sənin olkə liderin bele terbiyə verib və tapşırıb. Axmaq-axmaq işlərnən məşğul olun.                                                                                                                        Adını guya idman kanalı qoyublar, yaxşı idman kanalı olduğunu qəbul edək.Bir şeyi başa duşmək olmur ki, bu adı idman kanalı olan nə ucun (peyk) turksat tezliyinə qoşulub? Butun göstərdikləri canlı futbooları turksat tezliyində yayımlamılar. Hə də adı olsun demokratik Azərbaycan ölkəsi turksat tezliyində faliyyet gostərirlər. Niyə  idman kanalını qınayaq, idmanı inkişaf edən də kanalıda inkişaf edəcək.                                                                 Bezi insanlar açiq mubarizə aparmaqa qorxurlar, çox qorxurlar, tehlukeli qorxurlar. Anlaşılmayan bir çox şeylər var.  Bu Ans dən danışmalı deyil, bilmirsən otereflikdi yoxsa bu tereflik. (O tərəf deyendə YAP iqtidarını nəzərdə tuturam). İndidə ANS tv bir mahnı çıxardıblar meydana guya, her şey duzələcək, mahnıda deyilənlərə gorə. Maraqlıdır yatıb-yatıb 18-ildə sonra ayıldınız? Bəs bu 18-ildə nə duzəldi? Yoxsa 18-ildən sonra YAP iqtidarının yadına Azərbaycan xalqı duşdu? Bəs niyə demirsiniz nə vaxt nə duzələcək? Sizləri qınamıram tək ANS yox, butun tv kanallar YAP iqtidarı  uçun çalışırlar. Hə indi məni qınayacaqlar ki, sən tv kanallarını tənqid edirsen bəlkə mən unudmuşam bəlkədə mən heç bir xeyirxahxlarını görməmişəm. Yaxşı deyin tv kanaların hansında tam demokratik verlişləri görmusuz. Deyək görmusunuz fərqli-fərqli verlişləri. Mən başa duşmurəm zəhmət deyilsə mənidə başa salın. Misal uçun Muxalifətin mitinklərini butun tv kanallar mitinqin, eyni hərəkətlərini, hakimyətin muxalifətə qarşı və fikirləşdiyi takdikasını, şuşə sındırmaq kimi eyni çəkilişlər butun tv kanallarda göstərilir.                                                                                                                                                 ATV kanalı və digər tv kanallar kimi Heydər siyasətindən ceh-ceh vurur. ATV kanalının ifadəsine görə Heydər Əliyevin yenidən hakimyəta qayıdışı Ermənistan uçun məğlubiyyət oldu. ATV kanalının fikrincə, duşuncəsinə, anlayışına görə, basıb bağlamağına görə Heydər Əliyevin bir daha hakimyətə dönuşu Azərbaycan uçun uğurlu, Ermənistan uçun məğlubiyyət oldu. Bu YAP iqtidarının fikrincə 20% ərazi itkisi hansı qələbədi? Ermənistan uçun hası məğlubiyətidir? Gözumuz görə-görə bizə niyə yalan danışırsınız? Bu qədər yalanlarla heçmi utanmırsınızmı? Adamda abır heya yaxşı şeydi. Heçmi vicdan əzabı çəkmirsinizmi? Bəlkə belə deyək, Heydər Əliyevin hakimyyətə dönuşu Azərbaycan uçun bir daha məğlubiyət və uçurum oldu. Elə bir uçurumdu ki...

Комментариев нет:

Отправить комментарий