понедельник, 23 апреля 2012 г.

Atalar yəqin nə şiş yansın nə də, kabab misalını Vətandaş Hemrəy Partiyası üçün deyiblər. ( VHP )

Biriləri məndən çox inciyəcək. Mən bu iki şəxsi başa düşə bilmirəm, biri İvandan danışır biri də, balvanan. Biri YAP-a girib çixmaq istəmir biri də YAP-i asıb-kəsir.

Tanış olaq VHP-nin sədri Sabir Rüstəmxanlı. Dövründən asılı olmayaraq kim hakimiyyətdə olursa-olsun Sabir bəy həmişə iqtidar tərəfdə olur, loru dildə desək babat girənliyi var. Muassir iqtidar bayramlarında tele kanallarda qonağ olarkən nəyin ki aparıcı heç pradusserlər də, Sabir bəyi girdiyi yerdən dartıb cıxarda bilmilər. Heydərdən girib İlhamdan çıxır. Sabir bəyi qınamaq olmaz zaman yox, xidmət etdiyi hakimiyyət belə tələb edir. necə deyərlər iqtidara girməsən həm ac, həm vezifesiz, hemdə ortalıqda qalarsan. Sabir bəy mövqeyin əladır sükanı belə saxla, sənə çox yaraşir üzünüzə demək olmasın siz məmurlar bu işdə çox peşakarsınız...



Tanış olaq bu da Samir Əsədli, VHP partiyasının Təşkilat Şöbəsinin müdrü vəzifəsində çalışır. Düzü desəm bir yoldaş kimi Samir bəyin xətrini çox istəyirəm bilirəm ki bu yazıdan sonra məndən yüzdə-yüz inciyəcək. Neysə bu qalsın Samirin söz azadlıqına inciyərdə özu bilər inciməsədə. 



Həqiqətən mən bu iki şəxsi başa düşə bilmirəm Sabir, illərcən YAP-da deputat vəzifısində çalışır. Samir bəydə sedri xidmət etdiyi YAP-a qarşi mitinqlərə çıxır, həmişədə mübarizənin önündə olur və öndə də, irələyir. Bəlkədə bu taktiki gedişatdır yəqin YAP-ın uzun ömürlü olmadığını görüb hiss edib digəri də muxalifəti dəstəkləyib sabaha işıq və ümüd yeri qoyullar. Sabaha işıq demişkən mən bu muxalifətçiləri başa düşə bilmirəm. Burdan YAP-ı hədələyirlər digər tərəfdəndə YAP-i dəstəkləyənin qərargahında iclaslar keçirdirlər. Belə yerdə başını itirməyəsən nə edəsən? 

Sabahda müxalifətin başına daş olacaq ki nədir VHP-nin qərargahında iclas keçirdə-keçirdə adam oldunuz? Di gəl cavab ver görüm necə cavab verirsən ay müxalifət?  Müxalifətə məsləhətim budur ki, VHP-nin zalı sizin balaca olar bəlkə, YAP-in mərkəzi qərargahında iclaslarınızı keçirdəsiniz, YAP-in mərkəzi qərargahı sizin üçün daha əlverişli olar. 

VHP-nin qərargahından çox YAP-in ofisi demək olar cənab Ziya Məmmədovun qudası Sabir bəyin qərargahına.

Sonunda bunları demək istəyirəm ki, sədrindən tutmuş ən adi üzvüsünə.

 HƏMİŞƏ İNQİLAB EDƏNLƏR QALIR BİR KƏNARDA ONA SAHİB YALTAQLAR ÇIXIR...

 Bu gedşlə Sabir bəyi gələcək hakimiyyət dövürlərində yenə vəzifədə görəcəyik.  

  Samir bəyə sual vermək istərdim umumiyyətlə sizin partiyanın mövqeyi nədir?  Hərəniz bir hava çalıb bir hava oynayırsınız. Şəmistan demişkən iki yoldan birini seçin. Maraq burasındadır ki, sizlərdə hər iki yolda uğurlu alınır. Odur ki, sizlərə hər iki yolda uğurlar arzu edirəm!  
                                                   

Комментариев нет:

Отправить комментарий