четверг, 7 июня 2012 г.

Bəs uçurulan evləri niyə gömürsünüz?

Mən bu kütləni heç cürə başa düşə bilmirəm, iki-üç gün kef edəcəklər danışmağa tema var, gecə naməlum uçan obyekt görüblər. Çoxlarının  uçan obyektdən bir qram belə haqinda məlumatı yoxdur. Di gəl səhər açılar, açılmaz uçan obyekti görənlər görməyənlərə danışacaqlar, dastanlar qoşacağlar, sağlığına şeirlər deyəcəklər. Kimisi dinləmək üçün yola verəcək kimisi ağzını açıb marağnan dinləyəcək.





Narahat olmayın sözünüzə-söhbətinizə mane olmağ belə fikrim yoxdur rahat-rahat işinizlə məşğul ola bilərsiniz sizlər həqiqətdən qorxub yalanlara inanırsınız, yenə rahat-rahat işinizdə olun ciddi deyirəm iki üzlüyünüzə yaxın belə durmağ fikrim belə yoxdur. Mənim yaxın durduğum həqiqətdir, sizin  yalanlarınıza baş qoşmağa həvəsim yoxdur çunki, sonu görsənməyən, bəlli olmayan yalanlardı. Mən bu günə kimi elə bilirdim xalqın heç nədən xəbəri olmur, məlumat almağa bazaları yoxdur. Sən demə mən 29 yaşında bir insan bütün fikirlərimdə yanılmışam xalqın hər şeydən xəbəri var imiş tam dəqiqliyi ilə.

Sadəcə həqiqətddən qorxanlar üçan naməlum obyekt haqda danişmağa cesarət edə bilərlər, cəsarət edib insanların başlarına uçurulan evlərdən yox. Bədbəxtçilik budur ki,ölkənin bitməyən problemlərinə göz yumub ağız dolusu naməlum uçan obyektdən danışacağlar. Heç ümüd etmirəm sizin kimi həqiqəti qorxub danışmayan xalqın yaxın gılıcıyi uğula bitsin.

Sizlərə bol-bol naməlum uçan obyektlər arzu edirəm ki, bəlkə bu movzudan bezib uçurulan evlərə keçəsiniz.

Комментариев нет:

Отправить комментарий