Sabah mitinqdir, biz də ailəlikcən mitinqə qatılacayıq, çünki
ölkədə istənilən qədər, hətta xirtdəkdən də yuxarı problemlərmiz var. Mənim 30
yaşım var və 20 ilim Əliyev rejiminin əsarəti altənda yaşamışam, bu 20 ildə heç
bir problemin həll olunduğunu görməmişəm. Nə iş yerim var, nə dövlət tərəfindən
uşaq pulu alırıq, nə bir şey. Televizoru açıb tele kanallara baxılası deyil,
uşaqlar üçün bir dənə də olsun seviyyəli bir verliş yoxdur, məcburuq Azərbaycan
dilinə yaxın olan turk kanallarına üz tutaq. Misal üçün mənim oğlum çox şeyləri
türk dilində öyrənib, bir çox əşiyaların adlarını, saymağı, rənglərin adlarını
və.s. ya uşaqları bu verlişlərdən mərhum etmək yada ki, truk dili olsa da nələrisə öyrənməyi yaxşıdır. Deyirlər rejimin nə günahı var? bəs rejimin
günahı deyilsə kimin günahıdır? balaca körpələrin?
суббота, 21 сентября 2013 г.
пятница, 19 июля 2013 г.
суббота, 11 мая 2013 г.
Qulliverin 18-ci əsrdən 21-ci əsrə qədər səyahəti...
18-ci əsrin görkəmli yazıçısı Conatan Sviftin (1667-1745) "Qulliverin səyahəti" romanı haqqında bir neçə söz
Məlumdur ki, insanın insan tərəfindən əzilməsi, zəhmətkeşlərin dilənçi kökünə salınması, pulun məhvedici hakimiyyəti təkcə Sviftin o dövrdə yaşayıb-yaratdığı İngiltərədə deyil, hələ indi də bütün dünyada mövcuddur. Buna görə də, Sviftin satirasının əhəmiyyəti çox böyükdür. O dövrdə heç bir yazıçının yazdıqları Sviftin yazdıqları qədər ifşaedici qüvvəyə malik deyildi. Bu baradə Maksim Qorkinin çox qiymətli fikirləri var: "Conatan Svift bütün Avropada təkdir, amma Avropa Burjuaziyası elə güman edirdi ki, onun satirası təkcə İngiltərəni qamçılayır".
среда, 13 февраля 2013 г.
Əvəz bəyin ahu naləsi.
Əvəz Zeynallı 2011-ci il oktiyabırın 28-dən həbsdədir. O, sabiq deputat Gülər Əhmədovadan hədə-qorxu tətbiq etməklə 10 min manat rüşvət istəmək ittihamı ilə tutulub, sonra jurnalistə başqa ittihamlar irəli sürülüb. Baş redaktor vergi ödəməkdən yayınma və məhkəmənin hökmünü, qərarını, yaxud digər aktını icra etməmədə də günahlandırılır.
Çox keçmədi...
вторник, 5 февраля 2013 г.
Avropa avtobusları və Azərbaycan mədəniyyəti
Avropa deyəndə yada nə düşür?
Ümumiyyətlə, nəqliyyat mədəniyyətimizdən danışılası deyil, çox bərbad gündədir. Xüsusən də gənclərimiz özlərini heç idarə edə bilmirlər.
Ümumiyyətlə, nəqliyyat mədəniyyətimizdən danışılası deyil, çox bərbad gündədir. Xüsusən də gənclərimiz özlərini heç idarə edə bilmirlər.
Hərdən düşünürük yaşlı nəsil sovet dövrünün
təzyiqi altından çıxmış cəmiyyətdir, onları bir təhər başa düşüb yola vermək
olur. Təccüblü olan budurki bizim ümüd edib, arxalandığımız gənc nəsil daha
betər gündədirlər ( söhbət dəli qanlılardan gedir).
вторник, 29 января 2013 г.
Mənə ən yaxın dost kitabdır.
Düzü mən nə yazar deyiləm nə də yazıçı, hərdən oxuyub
bildiklərimi yaxşı mənada yazıb işıqlandırmağı özümə borc bilirəm.
Mən peşəm üzrə ev təmiri ilə məşğul oluram o demək deyil ki,
mən usta olarağ doğulmuşam usta kimidə yaşayıb ölməliyəm. Təbii ki, ustalıq mənim
qazanc yerimdir. Ümumiyyətlə peşənin fərqi olmadan bunun boş vaxtları var, nəqliyyatda
yol getməyi var. Hər gün yollarda səbəbsiz yerə itirdiyimiz
zaman ərzində on səhifə kitab oxumağla həm özünüzə, həm ailənizə, üstəlik
yaşadığın cəmiyyətə nə qədər xeyir vermiş olursan.
среда, 1 августа 2012 г.
Neçə ilin İradə Nərimanı
Bu gün metro ilə evə gedirdim, metroda darıxdığım üçün telefon vasitəsi ilə feysə daxil oldum. Bəli çox gözəl və marağlı statusa rast geldim İradə Nəriman tərəfdən.
Подписаться на:
Сообщения (Atom)




